Yerli və ya qlobal xidmət təminatçılarının xeyrinə nağd və nağdsız vəsaitlərin qəbulu üçün Azərbaycanda ən böyük ödəniş üsulları ilə inteqrasiya həlləri, eləcə də kommersiya onlayn layihələri üçün ödənişləri qəbul etməyə başlamaq üçün açar təslim inteqrasiya həlləri.
e-xezine.az inteqrasiyası
Sabitlik və təhlükəsizlik



MAX FT™
İnteqrasiya işlərinin başlanmasından ödənişlərin qəbulunun başlanmasına qədər şirkət tam xidmətlər və dəstək göstərir.
MAX IT™
Regional və lokal şəbəkələr, rabitə sistemləri və videomüşahidə sistemləri sahəsində korporativ sektor üçün inteqrasiya həllərinin layihələndirilməsi, yaradılması və həyata keçirilməsi. Avadanlıq və proqram təminatının təşkili və həyata keçirilməsi.
İstənilən miqyasda və mürəkkəblikdə sistemlərin dizaynı, tətbiqi və istismarı mərhələsində tam dəstək.






MAX ID™
Webmoney və Qiwi ödəniş sistemləri üçün hər kəsə öz şəxsiyyətini müəyyən etmək prosedurunu həyata keçirmək imkanı verir. Təsdiqlənmiş identifikasiya bu ödəniş sistemlərində əməliyyatların sayına, köçürmə, çıxarma və mədaxil əməliyyatları üçün vəsaitin məbləğinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
Bu prosedur ödəniş sistemləri tərəfindən lisenziyalaşdırılıb və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
MAX SYSTEMS™
MAX SYSTEMS™ 2004-cü ildə təsis edilib və İT infrastruktur layihələrindən tutmuş inteqrasiya sistemlərinə və nağdsız ödənişlərə qədər müxtəlif sahələrdə fəaliyyət göstərir.
MAX SYSTEMS™ hər zaman əməkdaşlığa açıqdır və müxtəlif fəaliyyət sahələrində sabit tərəfdaşlarla maraqlanır.
Əgər siz hər hansı avadanlıq, həll və ya texnologiyanın tədarükçüsüsinizsə və şirkətimizin onları regional bazarda effektiv şəkildə tanıtacağını düşünürsünüzsə, bizimlə əlaqə saxlayın və biz səmərəli əməkdaşlığa başlayacağıq.


